FHN: Ötən gün 11 yanğın olub, 2 nəfər xilas edilib

   FHN:   Ötən gün 11 yanğın olub, 2 nəfər xilas edilib
  29 Mart 2021    Oxunub:2684
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az xəbər verir ki, Nazirliyin 112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 halda sursatların aşkar olunması faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 2 ədəd tank əleyhinə “TM-62M” təlim minası ərazidən götürülərək kənarlaşdırılıb.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti