Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, rayonun Daylaqlı kəndi ərazisində Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub. Nəticədə E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şahbuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azvision.az