Havaya atəş açan şəxs saxlanıldı

Havaya atəş açan şəxs saxlanıldı
  25 Mart 2021    Oxunub:2295
Martın 22-də Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində ov tüfəngindən havaya atəş açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan bir ədəd ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti