Salyanda zəncirvari qəza - Ölən var

Salyanda zəncirvari qəza -  Ölən var
  24 Mart 2021    Oxunub:2257
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Pikap” “Azsamand”la, sonra digər avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti