Sumqayıtda dam örtüyü qadının başına düşdü

   Sumqayıtda dam örtüyü qadının başına düşdü
  23 Mart 2021    Oxunub:2252
Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb.

S. Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

Azvision.az


Teqlər: Sumqayıt   Qadın  





Xəbər lenti