Kürdəmirdə ağır qəza: 1 ölü, 4 yaralı

Kürdəmirdə ağır qəza:    1 ölü, 4 yaralı
  23 Mart 2021    Oxunub:1781
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirdən keçən ərazisində baş verib.

Ağsu rayon sakini 28 yaşı Səbuhi Cəfərov VAZ 2106 markalı avtomaşınla yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən biri 56 yaşlı Ağsu rayon sakini İrayə Cəfərova hadisə yerində ölüb. Digər sərnişinlər Ağsu rayon sakinləri 34 yaşlı Mehriban Cəfərova, Sona Qasımova və azyaşlılar Pünhan Mənsur oğlu və Zəhra Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Kürdəmir   Qəza   Yol   Ölüm  





Xəbər lenti