Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  23 Mart 2021    Oxunub:1566
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 22-də saat 20 radələrində Xaçmaz rayonu ərazisində rayon sakini E.Musayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şıxlar kənd sakini H.Xasıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Xaçmaz   Yol   Qəza  





Xəbər lenti