Mağazalardan oğurluq edən şəxs ələ keçdi

Mağazalardan oğurluq edən şəxs ələ keçdi
  23 Mart 2021    Oxunub:1562
Gəncədə mağazalardan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 350 manat pul, 2788 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.İbrahimov saxlanılıb.

Azvision.az


Teqlər: Gəncə   Mağaza   Oğurluq  





Xəbər lenti