Ucarda soyğunçuluq edən şəxs saxlanıldı

Ucarda soyğunçuluq edən şəxs saxlanıldı
  23 Mart 2021    Oxunub:1582
Martın 21-də Ucar Rayon Polis Şöbəsinə rayonun Qarabörk kəndi ərazisində bir nəfərin kənd sakini L.Sadıqova zor tətbiq edərək üzlüyündə 100 manat pul və şəxsiyyət vəsiqəsi olan mobil telefonunu alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb.

Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Ucar   Soyğunçuluq  





Xəbər lenti