DYP sürücülərə xəbərdarlıq etdi

   DYP sürücülərə xəbərdarlıq etdi
  23 Mart 2021    Oxunub:2571
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarədən Azvision.az -a verilən məlumata görə, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

“Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcədə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki avtomobilləri hündürmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: DYP   Sürücü   Xəbərdarlıq  





Xəbər lenti