Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, martın 22-də saat 18 radələrində Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində Ətcələr kənd sakini Ə. Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azvision.az