Xaçmazda 59 yaşlı kişini maşın vurub öldürdü

Xaçmazda 59 yaşlı kişini maşın vurub öldürdü
  23 Mart 2021    Oxunub:1705
Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Bakı prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən Şıxlar kənd sakini, 1962-ci il təvəllüdlü Xasıyev Hacıağa Abdulvahab oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti