Qadına hədə-qorxu gəlib pulunu aldı

Qadına hədə-qorxu gəlib pulunu aldı
  22 Mart 2021    Oxunub:1996
Quba Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın bir nəfərin hədə-qorxu gəlib ondan 300 manat pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini E. Niftəliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti