Qazaxda ata və oğlu yol qəzasında öldü

   Qazaxda ata və oğlu yol qəzasında öldü
  22 Mart 2021    Oxunub:1450
Qazax rayonunda ağır yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölmüş, digər sərnişini xəstəxanaya yerləşdirilib. Qazax RPŞ tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: Yol-qəzası  





Xəbər lenti