Naxçıvanda min nəfərə bayram sovqatı verildi

Naxçıvanda min nəfərə bayram sovqatı verildi
  20 Mart 2021    Oxunub:2113
Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatı təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirlərdə nazirliyin və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək müvafiq kateqoriyadan olan şəxsləri bayram münasibətilə təbriklərini çatdırıblar.

Çıxışlarda vurğulanıb ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması, yaradıcılıq potensialının inkişaf etdirilməsi, müxtəlif növ sosial xidmətlərin göstərilməsi, bayram günlərində onların iştirakı ilə tədbirlərin keçirilməsi davamlı dövlət qayğısının bariz nümunəsidir.

Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslər evlərində ziyarət olunub, onlara bayram sovqatı və Novruz bayramının rəmzi olan səmənilər təqdim edilib. Bayram tədbirlərində, ümumilikdə, sosial qayğıya ehtiyacı olan 1000 şəxsə sovqat verilib.

Azvision.az


Teqlər: Naxçıvan   ƏƏSMN   Bayram   Sovqat  





Xəbər lenti