Masallıda yolu keçən piyadanı maşın vurub

Masallıda yolu keçən piyadanı maşın vurub
  20 Mart 2021    Oxunub:2922
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində hələki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Masallı Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər: Masallı   Qəza   Yol   Piyada  





Xəbər lenti