Oğuzda piyadanı maşın vurub öldürdü

Oğuzda piyadanı maşın vurub öldürdü
  20 Mart 2021    Oxunub:2526
Martın 19-da saat 14 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində Bakı şəhər sakini F.Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Ç.Tahirovu vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Yol   Oğuz  





Xəbər lenti