Masazırda 3 otaqlı ev yandı

Masazırda 3 otaqlı ev yandı
  20 Mart 2021    Oxunub:2137
Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Masazır   Yanğın   FHN  





Xəbər lenti