Köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
  19 Mart 2021    Oxunub:1540
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində biri azyaşlı olmaqla 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti