Bakıda ikimərtəbəli binada yanğın olub

Bakıda ikimərtəbəli binada yanğın olub
  19 Mart 2021    Oxunub:1688
Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin taxtadan ibarət giriş qapısı və pəncərə çərçivəsi, bitişik sahəsi 30 m² olan artırma tikilinin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, mənzilin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Yanğın   FHN  





Xəbər lenti