FHN: Ötən gün 44 yanğına çıxış olub

   FHN:    Ötən gün 44 yanğına çıxış olub
  19 Mart 2021    Oxunub:1518
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 diqqətəlayiq yanğın, 6 halda köməksiz vəziyyətdə qalma faktı və 1 halda intihara cəhd üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

Azvision.az


Teqlər: FHN   Yanğın   Xilasetmə  





Xəbər lenti