Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı

Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı
  19 Mart 2021    Oxunub:1790
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində işğaldan azad olunmuş Ağdam rayonun ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri Elvin Şükürov və Dayandur Quliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN   Azad-olunmuş   Ərazi  





Xəbər lenti