FHN Bakıdakı qəza ilə bağlı məlumat yaydı

FHN Bakıdakı qəza ilə bağlı məlumat yaydı
  18 Mart 2021    Oxunub:2652
Bakı şəhərinin Yasamal rayonunda “Renault” və “Daewoo” markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Renault" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti