İtkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapıldı

   İtkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapıldı
  18 Mart 2021    Oxunub:2374
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

Azvision.az


Teqlər: Hərbçi   Şəhid   Müharibə  





Xəbər lenti