Axtarışda olan şəxs tapança ilə ələ keçdi

Axtarışda olan şəxs tapança ilə ələ keçdi
  17 Mart 2021    Oxunub:2386
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mikayılovdan “TT” markalı tapança, patron sandığı, 3 ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxsin ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az


Teqlər: Tapanca  





Xəbər lenti