Bakıda kişi qumbara ilə ailəsini öldürmək istədi

Bakıda kişi qumbara ilə ailəsini öldürmək istədi
  17 Mart 2021    Oxunub:3246
Martın 15-də saat 23.20-də DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumta görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti