Zərdabda 6 otaqlı evdə yanğın olub

Zərdabda 6 otaqlı evdə yanğın olub
  16 Mart 2021    Oxunub:1679
Zərdab rayonunun Qoşaoba kəndində ümumi sahəsi 280 m² olan (hər mərtəbəsi 140 m²) ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan digər otaqların lambirindən ibarət tavanı 55 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Zərdab   Yanğın   FHN  





Xəbər lenti