Bakıda koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Bakıda koronavirus xəstəsi ictimai yerdə saxlanılıb
  15 Mart 2021    Oxunub:1824
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxt ərazisində bir nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aşkar edilərək saxlanılıb. Bakı şəhər sakini 63 yaşlı A.Əliyevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıblar. Həmin şəxs tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti