Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.
Azvision.az