Sumqayıt bulvarında intihara cəhdin qarşısı alındı

Sumqayıt bulvarında intihara cəhdin qarşısı alındı
  14 Mart 2021    Oxunub:2337
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda 1 nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Dərhal əraziyə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: Sumqayıt   Bulvar  





Xəbər lenti