Polislər şəhid ailələrinə bayram sovqatı paylayıb

Polislər şəhid ailələrinə bayram sovqatı paylayıb
  14 Mart 2021    Oxunub:1728
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar.

Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz Bayramı münasibətilə onları təbrik ediblər.



Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti