Azvision.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu, yaxınlıqda ümumi sahəsi 24 m² olan birmərtəbəli evdə ev əşyaları 5 m² sahədə və ümumi sahəsi 24 m² olan digər birmərtəbəli evdə ev əşyaları 5 m² sahədə yanıb.
Hər iki evin, köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az