AzTU-nun əməkdaşı koronavirusdan vəfat etdi

AzTU-nun əməkdaşı koronavirusdan vəfat etdi
  13 Mart 2021    Oxunub:1832
Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova vəfat edib.
Azvision.az xəbər verir ki, o, 58 yaşında koronavirusdan dünyasını dəyişib.

Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.



Azvision.az


Teqlər: AzTU   Koronavirus  





Xəbər lenti