Azərbaycanda gündəlik yoluxma 700-ü keçdi

 Azərbaycanda gündəlik yoluxma 700-ü keçdi
  13 Mart 2021    Oxunub:3638
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 239 min 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 726 nəfər müalicə olunaraq sağalıb, 3276 nəfər vəfat edib. Aktiv xəstə sayı 5690 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 701 min 181 test aparılıb. Bugünkü test sayı isə 10470-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti