Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu
  13 Mart 2021    Oxunub:2359
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik   DİN  





Xəbər lenti