Xızıda polis yolda qalan sürücülərə kömək edib

Xızıda polis yolda qalan sürücülərə kömək edib
  13 Mart 2021    Oxunub:992
Xızıya qarın yağması ilə əlaqədar rayon polis şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.

Bundan əlavə, şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara köməklik göstərirlər.

Azvision.az


Teqlər: Xəzə   Polis  





Xəbər lenti