Masallı və Neftçalada köməkçi tikili yanıb

Masallı və Neftçalada köməkçi tikili yanıb
  13 Mart 2021    Oxunub:1410
Masallı rayonunun Ağakişibəyli kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Neftçala rayonunun Mirzəqurbanlı kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 24 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Masallı   Neftçala   Yanğın   FHN  





Xəbər lenti