Şamaxı və Şabranda yanğın olub

Şamaxı və Şabranda yanğın olub
  13 Mart 2021    Oxunub:1779
Şamaxı rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və 1 otağının tavanı 4 m² sahədə, yaxınlıqda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonunda isə ümumi sahəsi 42 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti