Kəsilmiş ağacların əvəzinə yeniləri əkildi

Kəsilmiş ağacların əvəzinə yeniləri əkildi
  12 Mart 2021    Oxunub:1672
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakının Binəqədi rayonu, Gülməmməd Ramazanov, 342 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, əraziyə keçirilən baxış zamanı 6 sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Binəqədi Rayon Polis Şöbəsinə göndərilib.

Kəsilmiş hər ağacın əvəzinə iki ağacın əkilməsi təmin olunub.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti