Qaçırdıqları avtomobillə qəza törətdilər

Qaçırdıqları avtomobillə qəza törətdilər
  12 Mart 2021    Oxunub:2301
Tovuz Rayon Polis Şöbəsinə V.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobilin Abulbəyli kəndi ərazisindən qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avtomobil polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün kəndin ərazisində əzilmiş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri E.Abbasov və İ.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti