Faktiki hava şəraiti açıqlandı

Faktiki hava şəraiti açıqlandı
  12 Mart 2021    Oxunub:1988
Martın 12-si saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində qarlı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qərb küləyinin sürəti Neftçalada 32, Salyanda 22, Naftalanda 20, Tərtərdə 18, Sumqayıt, Qum adasında 21, Neft daşlarında 20, Bakı, Binə və Çilov adasında 18 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti