Bakıda mağaza və sexdə yanğın olub

Bakıda mağaza və sexdə yanğın olub
  12 Mart 2021    Oxunub:1395
Bakının Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, 1 ədəd kondisioner, 1 ədəd soyuducu qismən yanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakının Xəzər rayonunda ümumi sahəsi 40 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki mallar 15 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Sex  





Xəbər lenti