Bakıda evdən iki qadın meyiti tapıldı

   Bakıda evdən iki qadın meyiti tapıldı
  11 Mart 2021    Oxunub:1414
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Rəhimova Səidə Fikrət qızının və 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Bakı   Ev   Qadın   Meyit  





Xəbər lenti