Gömrükdən gizlədilən siqaretlər aşkarlandı

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
  11 Mart 2021    Oxunub:2694
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Komitədən Azvision.az -a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında Astara şəhəri ərazisində siqaretlərin "Renault Megane" markalı minik avtomobilinə yüklənərək daşındığı müəyyən edilib.



Keçirilən əməliyyat tədbiri zamanı "Renault Megane" markalı avtomobilin sürücüsü sorğu-sual olunub və avtomobilə gömrük baxışı keçirilməsi məqsədi ilə "Astara" gömrük postunun inzibati ərazisinə gətirilib. Yoxlama zamanı avtomobildə 2 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan müxtəlif adda 1440 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Siqaret   Gömrük  





Xəbər lenti