FHN: 35 yanğında 3 nəfər xəsarət alıb, 9-u xilas edilib - VİDEO

 FHN: 35 yanğında 3 nəfər xəsarət alıb, 9-u xilas edilib  -    VİDEO
  11 Mart 2021    Oxunub:2276
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalan 9 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 3 nəfər yanıq xəsarəti alıb.



Azvision.az


Teqlər: FHN   Xilasetmə   Yanğın  





Xəbər lenti