Sabunçuda evdən meyit tapıldı

Sabunçuda evdən meyit tapıldı
  09 Mart 2021    Oxunub:1821
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Pototskiy Mixail Yevqenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Bakı   Ev   FHN   Meyit  





Xəbər lenti