Bərdədə oğurluq edən dəstə tutuldu

Bərdədə oğurluq edən dəstə tutuldu
  09 Mart 2021    Oxunub:2705
Bərdə rayon sakini martın 7-də Türkmən kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Nicat Mehdiyev, əvvəllər məhkum edilmişlər Aqil Əliyev, Əliş Mirzəzadə, Dünyamin Məmmədov saxlanılaraq istintaqa cəlb olunublar.

Oğurluqda şübhəli bilinən daha bir nəfərin də şəxsiyyəti müəyyən edilib. Araşdırmalarla onların 6 ədəd avtomobil akkumulyatoru, 1 ədəd qızıl qolbağı, 1 ədəd televizor və kondisioner oğurlamaqla zərərçəkmiş şəxsə 4 min manatadək ziyan vurduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti