Putin və Ərdoğan arasında telekörpü hazırlanır

 Putin və Ərdoğan arasında telekörpü hazırlanır
  01 Mart 2021    Oxunub:2046
“Akkuyu” AES-in üçüncü blokunun inşasına başlanması münasibətilə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telekörpü hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, doğrudan da “Akkuyu” AES-in üçüncü blokunun əsas tikinti mərhələsinin başlanğıcına həsr olunmuş bir mərasim hazırlanır. Həmçinin, prezidentlər Putinlə Ərdoğan arasında telekörpü təşkil etmək nəzərdə tutulub”, - Peskov əlavə edib.

O, bu yaxınlarda dövlət başçılarının videokonfransı müzakirə etdiklərini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Putin   Ərdoğan  





Xəbər lenti