Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
  01 Mart 2021    Oxunub:1822
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

İclas iştirakçıları ölkənin daxili və xarici təhlükəsizliyini, dövlətin qarşısında duran çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan iclasda iştirak etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti