Xocavənddə Njdenin heykəli üçün seçilən yer tam qapadıldı

 Xocavənddə Njdenin heykəli üçün seçilən yer tam qapadıldı
  01 Mart 2021    Oxunub:3294
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl ermənilərin Xocavənddə təxribata əl ataraq faşist Njdeyə ucaltdıqları heykəl demontaj edilmişdi.
Azvision.az xəbər verir ki, Azərbaycanın tələbi ilə ərazidən götürülən heykəllə bağlı yenidən ermənilərdə narahatlıq baş qaldırıb. Buna səbəb Njdenin heykəli üçün nəzərdə tutulan ərazinin tamamilə qapadılmasıdır.

Bununla bağlı foto paylaşan erməni KİV-ləri yazırlar:

"Heykəlin olduğu məkanı gizlətmək və ya oranın gözə görünməməsi üçün yanvar ayında tikilmiş bu yer indi xüsusi "brezentlə" örtülüb. Xatırladaq ki, son vaxtlar azərbaycanlıların Ermənistanın "milli qəhrəmanı"nın abidəsinin sökülməsini tələb etdikləri barədə məlumatlar yayılmışdı. Məlumata görə, hazırda bu, heykəl qalmaqalını yatırmaq üçün atılan növbəti addımdır. Heykəlin sökülməsi yerli əhali arasında ictimai etiraza səbəb olduğundan onu örtmək, qapalı saxlamaq qərarı verilib".

Qeyd edək ki, erməni fəallar yerli əhalinin həmin əraziyə ziyarətə gəlməməsi üçün oranın ümumiyyətlə görünməz hala gətirildiyini deyirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Njde   Heykəl   Xocavənd  





Xəbər lenti